AZ

“Bitcoin” 100.000 dollar həddini keçib

Bazar dəyərinə görə ən böyük kriptovalyuta olan “Bitcoin” 4 faizdən çox artaraq fevraldan bəri ilk dəfə 100.000 dollar həddini keçib. Digər kriptovalyutalar da bahalaşıb.

ABŞ prezidenti Donald Trampın Böyük Britaniya ilə ticarət razılaşması ilə ticarət müharibəsi gərginliyinin azalacağına dair gözləntilər yüksəlişi dəstəkləyib.

ABŞ-da Trampın ikinci dövrünün başlaması ilə kriptovalyuta rekord həddə – 109.000 dollara yüksəlib.

Trampın tarif siyasəti həm kapital, həm də rəqəmsal aktiv bazarlarında kəskin enişlərə səbəb olduğu üçün “Bitcoin” son həftələrdə aşağıya doğru təzyiq altında olub.

Tramp bu gün Böyük Britaniya ilə tariflər üzrə razılığa gəldiyini açıqlayıb və bunu “təməlqoyma sazişi” adlandırıb. Razılaşma xəbərləri “Bitcoin”in yüksəlişində təsirli oldu.

Seçilən
0
vaxt.az

1Mənbələr