AZ

Türkiyə superkubokunun builki formatı necə olacaq?

style='margin-bottom:10px;'>

2025-ci il Türkiyə superkubokunun formatı müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının yaydığı məlumatda bildirilib.

Yarış 4 komandanın iştirakı ilə neytral meydan və ya meydanlarda bir oyunluq sistemi üzrə keçiriləcək. Yarımfinal mərhələsində Superliqa çempionu kubokun finalçısı, kubokun qalibi isə liqa ikincisi ilə qarşılaşacaq. Qalib gələn komandalar final oyununda iştirak etmək hüququ qazanacaqlar.

Lakin bu mövsüm “Qalatasaray” artıq liqanı ilk iki sıranı təmin etdiyindən və Türkiyə Kubokunun finalına yüksəlməsi səbəbindən liqanı üçüncü yerdə başa vuracaq komanda superkuboka qatılacaq sonuncu komanda olacaq.

Oyunlar 2026-cı ilin yanvar ayında keçiriəcək. Dəqiq tarix və final mərhələsinin keçiriləcəyi məkanlar sonradan açıqlanacaq.

Seçilən
0
teleqraf.com

1Mənbələr