AZ

Bayden: Kamala Harris Trampa buna görə uduzdu

BAKI, 9 may. TELEQRAF

ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harrisə qarşı cinsi və irqi ayrı-seçkilik onun 2024-cü il prezident seçkilərində qalib gəlməsinə mane olub.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin sabiq prezidenti Co Bayden deyib.

“Mən məyus oldum, amma təəccüblənmədim, ona görə yox ki, vitse-prezidentin prezident olmaq üçün düzgün insan olduğunu düşünmürdüm. O, düzgün insandır, Birləşmiş Ştatların prezidenti olmaq üçün keyfiyyətlərə malikdir. Amma təəccüblənmədim, çünki onlar (ABŞ Prezidenti Donald Trampın seçki kampaniyası - red.) cinsi ayrı-seçkilik yolu ilə getdilər”, - eks-prezident bildirib.

Bayden iddia edib ki, Respublikaçılar Partiyası kampaniyanı “qadın, xüsusən də qarışıq irqli qadın ölkəyə rəhbərlik edə bilməz” ideyası üzərində qurmuşdu.

Seçilən
0
teleqraf.com

1Mənbələr