AZ

Anqola Prezidenti Prezident İlham Əliyevə zəng edib

Bakı. Trend:

Anqola Respublikasının Prezidenti Joao Lorenso mayın 8-dəAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığı əsnasında dövlət başçıları Azərbaycan iləAnqola arasında ikitərəfli əlaqələrin, xüsusilə iqtisadi-ticari vəhumanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair fikirmübadiləsi aparıblar.

Prezident Joao Lorenso COP29-da iştirak etmək üçün ölkəmizəsəfər edən Anqolanın vitse-prezidenti Esperensa Costanın Bakıyasəfərini və səfər çərçivəsində Azərbaycandan olan tərəf müqabilləriilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair görüşlərkeçirdiyini bildirib.

Prezident İlham Əliyev Azərbaycanın Afrika ölkələri, o cümlədənAnqola ilə əlaqələrin inkişafına əhəmiyyət verdiyini deyərək,əməkdaşlığımızın müxtəlif sahələrdə inkişafı üçün geniş imkanlarınolduğunu vurğulayıb.

Söhbət zamanı hələ keçmiş SSRİ dövründə Anqoladan olantələbələrin ölkəmizdə təhsil aldıqları xatırlanıb və həminşəxslərin bu gün Anqolanın inkişafına öz töhfələrini verdikləriməmnunluqla qeyd edilib.

Anqolanın hazırda Afrika İttifaqının sədrliyi funksiyasınıyerinə yetirdiyini nəzərə alaraq, tərəflər Azərbaycan ilə Afrikaİttifaqı arasında əməkdaşlıq məsələlərinə toxunublar.

Seçilən
0
49
az.trend.az

10Mənbələr