Bakı. Trend:
Görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadanolmasının 102-ci ildönümü münasibətilə Diasporla İş üzrə DövlətKomitəsinin əməkdaşları və xaricdəki Azərbaycan icmalarının üzvləriFəxri Xiyabanı ziyarət ediblər.
Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünəəklil və gül dəstələri qoyulub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, KomitədəÜmummilli Liderin anadan olmasının 102-ci ildönümünə həsr olunantədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsivə Ulu Öndər Heydər Əliyevin, eləcə də şəhidlərimizin əzizxatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sədr Fuad Muradov çıxışında Ulu Öndərin müstəqil AzərbaycanRespublikasının müstəqilliyinin qorunması və möhkəmlənməsindəkiyorulmaz fəaliyyətini xatırladıb. Azərbaycan diasporununformalaşması, vahid diaspor şəbəkəsinin yaradılması üçün hərtərəflidüşünülmüş, məqsədyönlü siyasətindən bəhs edib. Prezident İlhamƏliyevin tapşırıqları, Birinci vitse-prezident Mehriban Əliyevanıntəşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mədəniirsimizin qorunub saxlanması, xaricdə yaşayan azərbaycanlılarıntəşkilatlanması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinəçatdırılması məqsədilə ardıcıl və davamlı işlərin görüldüyünü,müxtəlif ölkələrdə Azərbaycan evlərinin açıldığını diqqətəçatdırıb.
Tədbirdə Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş “Böyüksənət hamisi” sənədli filmindən bir hissə və “Heydər Əliyev vədiaspor quruculuğu” adlı videoçarx nümayiş olunub.
Xalq rəssamı Ömər Eldarovun tələbəsi, heykəltəraş, kinorejissorNamiq Hüseynov “Heydər Əliyev: milli-mənəvi dəyərlərin hamisi”mövzusunda çıxış edib. Ulu Öndərin yalnız siyasi lider deyil, həmdə xalqın mədəniyyətini, ənənələrini və dəyərlərini qorumağa vəinkişaf etdirməyə çalışan bir şəxsiyyət olduğunu diqqətə çatdırıb.Heykəltəraş dahi lider Heydər Əliyevin büstünü komitəyə hədiyyəedib.
Daha sonra Komitənin gənc əməkdaşları, “Azərbaycan-BolqarıstanDostluğunun İnkişafına Kömək” İctimai Birliyinin sədri MariyaAtanasova-Hüseynova və digər çıxışçılar Ümummilli Lider HeydərƏliyevin Azərbaycan xalqı qarşısındakı böyük tarixi xidmətləriniqeyd edib, əvəzolunmaz lider kimi yaddaşlarda əbədi yaşayacağınısöyləyiblər.