Bakı. Trend:
Mayın 7-də ABŞ prezidenti Donald Tramp Nümayəndələr Palatasınınspikeri Mayk Consona ildə ən azı 2,5 milyon dollar qazananlar və yaillik gəliri ən azı 5 milyon dollar olan ailə cütlükləri üçün ənyüksək vergi dərəcəsinin 37 faizdən 39,6 faizədək qaldırılmasınıtəklif edib.
Trend-in məlumatına görə, bu barədə "Bloomberg" və "The New YorkTimes" agentlikləri mənbələrə istinadən bildiriblər.
Məlumata əsasən, D.Tramp həmçinin vençur kapitalı və özəlkapital fondu menecerlərinə şamil edilən daşınan faiz üzrə vergigüzəştlərini aradan qaldırmaq istəyini təsdiqləyib.
Bildirilib ki, Nümayəndələr Palatasının Vergi Komitəsinin sədriCeyson Smitin mayın 9-da Trampla görüşü və ona vergi ilə bağlıqanun layihəsinin prezidentin prioritetlərinə cavab verəcəyinideməsi gözlənilir.