BAKI, 9 may. TELEQRAF
Pakistan hərbi qüvvələri Azad Kəşmirin Samahni bölgəsi ərazisində Hindistan dronunu vurub.
Teleqraf “Geo TV”yə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 03:15-də iki ölkə arasında mübahisəli Kəşmir bölgəsini bölən Nəzarət Xətti yaxınlığında baş verib.
Dronun Pakistan hava məkanına daxil olduqdan sonra hədəfə alındığı bildirilir.