AZ

Hindistan X platformasından 8000-dən çox hesabın bloklanmasını tələb etdi

BAKI, 9 may. TELEQRAF

X platforması Hindistan hökumətinin tələbi ilə ölkədəki istifadəçilərin 8000-dən çox hesaba girişini bloklayacaq.

Teleqraf “Əl-Cərizə”yə istinadən xəbər verir ki, bu addım Hindistanın Pakistan ilə əlaqəli sosial media məzmununa qarşı genişmiqyaslı mübarizə tədbirləri çərçivəsində atılıb.

"Bu tələbin yerinə yetirilməməsi şirkətin yerli əməkdaşları üçün ciddi cərimələr və həbs cəzası ilə nəticələnə bilər”, - platformanın məsələ ilə bağlı yaydığı bəyanatda deyilir.

Elon Maskın sahibi olduğu platforma bəyan edib ki, blokalacaq hesabların siyahısına beynəlxalq xəbər təşkilatlarının və digər tanınmış istifadəçilərin hesabları daxildir. Bununla belə, platforma Hindistan hökumətinin hansı paylaşımların Hindistan qanunlarını pozduğunu dəqiqləşdirmədiyini və hesabların bloklanması tələbini əsaslandıran çox az dəlil təqdim etdiyini açıqlayıb.

“Bütün hesabları bloklamaq nəinki lazımsızdır, bu, mövcud və gələcək məzmunun senzurasına bərabərdir və söz azadlığının təməl prinsiplərinə ziddir", - X-in bəyanatında deyilir.

"Bu, asan qərar deyil, lakin platformanın Hindistanda fəaliyyətinin davam etdirilməsi və hindistanlıların məlumatlara çıxış imkanlarının təmin edilməsi baxımından həyati əhəmiyyət kəsb edir”, - X bəyan edib.

Seçilən
0
teleqraf.com

1Mənbələr