AZ

Ermənistanda korrupsiya faktlarını açıqlayan jurnalist saxlanılıb

Ermənstanda korrupsiya faktlarını açıqlayan jurnalist Lilit Aqekyan Gümrüdə polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, o, bir neçə saat əvvəl saxlanılıb və hazırda da polis idarəsindədir. Qeyd edilir ki, Lilit Aqekyanın vəkili və anası ilə görüşünə icazə verilməyib.

O, saxlanılmazdan əvvəl vəkili Zarui Postandyana zəng vurmağa nail olub. Vəkil ona dəstək olmaq üçün Gümrüyə gedib.

Jurnalistin saxlanılma səbəbləri açıqlanmır.

Yerli mətbuat yazır ki, jurnalist Şirak prokurorunun vəsatəti ilə həbs olunacaq.

Qeyd edək ki, Lilit Aqekyan müstəqil, tənqidçi jurnalistdir. O, korrupsiya, müxtəlif cinayətlər və qanunsuzluqlara dair faktları üzə çıxarıb.

Seçilən
0
4
musavat.com

10Mənbələr