AZ

Londonda Avropada Qələbə Gününün 80 illiyi münasibətilə təntənəli konsert təşkil olunub - FOTO

Böyük Britaniya vətəndaşları İkinci Dünya müharibəsinin Avropada başa çatmasının 80-ci ildönümünü qeyd ediblər. SİA xəbər verir ki, bu əlamətdar hadisə münasibətilə ölkə üzrə genişmiqyaslı tədbirlər keçirilib. Qələbə Gününün ildönümünə həsr olunmuş mərasimlər çərçivəsində paytaxt Londonda möhtəşəm konsert baş tutub. “VE Day 80: A Celebration to Remember” adlı yubiley konserti şəhərin mərkəzində yerləşən “Horse Guards Parade” meydanında keçirilib. Konsertdə Kral III Çarlz və Kraliça Kamilla da iştirak ediblər.

Tamaşaçılara təqdim olunan konsert proqramında məşhur musiqiçilər, aktyorlar və digər ifaçılar iştirak ediblər. Onlar canlı orkestrin müşayiəti ilə müharibə illərinə aid klassik musiqi nümunələrini, o cümlədən “We’ll Meet Again” və “The White Cliffs of Dover” kimi mahnıları səsləndirilib.

Seçilən
0
sia.az

1Mənbələr