BAKI, 9 may. TELEQRAF
2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 26 noyabrda Qədim Olimpiyada keçiriləcək təntənəli mərasim zamanı alovlandırılacaq.
Teleqraf xəbər verir ki, bu barədə Yunanıstanın Milli Olimpiya Komitəsi (MOK) məlumat yayıb.
Olimpiya məşəlinin estafetində təxminən 450 məşəl daşıyıcısı iştirak edəcək.
Qeyd edək ki, növbəti Qış Olimpiya Oyunları 2026-cı il 6-22 fevral tarixlərində İtaliyanın Milan və Kortina-d'Ampetso şəhərlərində keçiriləcək.