"Amed" (Türkiyə) və Azərbaycan qadınlardan ibarət yığmasının futbolçusu Jalə Məsimova başa çatan mövsümlə bağlı təəssüratlarını bölüşüb.
Sportinfo.az xəbər verir ki, Məsimova “instaqram” profilində bunları yazıb:
"2024/2025 mövsümünün sonuna gəldik. Komanda yoldaşlarıma, məşqçilərimə və baş məşqçimiz Cahit Akına təşəkkür etmək istəyirəm.
Bu uzun mövsümdə yaxşı və pis günlərimiz oldu. Yeni mövsümdə hamınızı gözləyirik. Hələlik".