AZ

“Qarabağ” - Cəmi 3 manat...

Azərbaycan Premyer Liqasının 34-cü turunda keçiriləcək “Qarabağ” – “Araz-Naxçıvan” qarşılaşmasının biletləri bu gün saat 12:00-dan etibarən onlayn şəkildə satışa çıxarılacaq.

Sportinfo.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Biletlər sabahdan iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassasında da satışda olacaq.

Mayın 11-də keçiriləcək və saat 20:00-da başlayacaq oyun zamanı qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

Seçilən
0
4
sportinfo.az

10Mənbələr