Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, İngiltərənin “Tottenhem”i səfərdə “Budyo Qlimt”in qonağı olub. London klubu bu görüşdə Norveç təmsilçisi üzərində inamlı qələbə qazanaraq finala adlayıb.
“Mançester Yunayted” isə evdə İspaniya “Atletik”ini qəbul edib. "Qırmızı şeytanlar" bu görüşdə də rəqibinə böyük hesabla qalib gələrək finala vəsiqə qazanıb.
UEFA Avropa Liqası
Yarımfinal mərhələsi, cavab görüşləri
8 may
23:00. “Budyo Qlimt” (Norveç) - “Tottenhem” (İngiltərə) - 0:2
Qollar: D.Solanke, 62, P.Porro, 69
İlk oyun - 1:3.
23:00. “Mançester Yunayted” (İngiltərə) - “Atletik” (İspaniya) - 3:1
Qollar: M. Jauregizar, 31, M.Maunt, 72, Kazemiro, 80, R.Hoylund, 85, M.Maunt, 90+1
İlk oyun - 3:0.
Qeyd edək ki, Avropa Liqasının final qarşılaşması mayın 21-də İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda keçiriləcək.