AZ

Azərbaycanla Pakistan XİN rəhbərləri regional təhlükəsizlik vəziyyətini müzakirə ediblər

Bakı. Trend:

8 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramovla Pakistan İslam Respublikasının Başnazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasındatelefon danışığı aparılıb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlər cari regionaltəhlükəsizlik vəziyyətini, Pakistanla Hindistan arasında artangərginliyi müzakirə ediblər.

Pakistan naziri 6-7 may tarixində Hindistanın Pakistana qarşıraket hücumları və Pakistan tərəfinin cavab tədbirləri barədəməlumat verib. Hindistanın hücumlarından əsasən mülki əhalininzərər gördüyü, onlarla insanın həlak olduğu, Pakistan tərəfinin isəbuna cavab olaraq hərbi obyektləri hədəf aldığı bildirilib.Pakistan naziri həmçinin bir sıra ölkələrin xarici işlər nazirləriilə telefon danışığı apardığını və vəziyyəti ətraflı izah etdiyinidiqqətə çatdırıb.

Nazir Ceyhun Bayramov öz növbəsində, Pakistan xalqı iləhəmrəyliyini ifadə edərək, mülki əhalinin ölümü və yaralanması ilənəticələnən hərbi hücumları pisləyib.

Nazir eskalasiyanın daha da genişlənməsinin qarşısınınalınmasının zəruriliyini, gərginliyin diplomatik yolla vədanışıqlar vasitəsilə aradan qaldırılacağına ümidvar olduğunuvurğulayıb.

Tərəflər telefon danışığı zamanı həmçinin qarşılıqlı maraqdoğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Seçilən
0
39
az.trend.az

10Mənbələr