AZ

Azərbaycan Basketbol Liqası: “Neftçi” seriyanı bərabərləşdirib

Azərbaycan Basketbol Liqasında final seriyasının növbəti oyunu keçirilib.

SİA xəbər verir ki, “Neftçi” və “Sabah” komandaları dördüncü matçda üz-üzə gəlib. Bakı İdman Sarayında təşkil olunan qarşılaşma "ağ-qaralar"ın 84:66 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda seriyada bərabərlik var - 2:2

Beşinci görüş mayın 11-nə təşkil olunacaq.

Qeyd edək ki, final seriyasında dörd qələbə qazanan komanda qızıl medalların sahibi olacaq.

Seçilən
0
1
sia.az

2Mənbələr