AZ

"Arsenal" "İpsviç"in forvardını heyətinə qatmaq istəyir

"Arsenal" gənc hücumçu Liam Delapın transferi üçün "İpsviç"ə təklif edib.

90deqiqe.Az-ın “Transfer Football”a istinadən verdiyi məlumata görə, “topçular” artıq bu yay transfer pəncərəsində 22 yaşlı futbolçu üçün “İpsviç”ə təklif edib.

"Arsenal"dan başqa "Çelsi"si də Delapı transfer etmək istəyir. Lakin "Arsenal"ın hazırda bu transfer danışıqlarında üstün olduğu bildirilir.

Xatırladaq ki, bu mövsüm Liam Delap "İpsviç"in heyətində İngiltərə çempionatında 34 oyun keçirib, 12 qol vurub və 2 məhsuldar ötürmə edib. Bundan əvvəl forvard "Hall Siti", "Preston", "Stok Siti" və "Mançester Siti"də çıxış etməyi bacarıb.

Mütəxəssislər hazırda ingilis forvardın transfer dəyərini 35 milyon avro qiymətləndirirlər.

Seçilən
0
90deqiqe.az

1Mənbələr