Bakı. Trend:
Xəbər verildiyi kimi, Kardinal Robert FrensisPrevo yeni Roma Papası oldu və o, XIV Leo adını götürdü. Bu,tarixdə ABŞ-dan olan ilk Papadır.
Trend yeniPapanın dosyesini təqdim edir:
- 1955-ci ildə Çikaqoda anadan olub;
- Kanon hüququ elmləri doktoru, Müqəddəs Tomas Aquinas PapaUniversitetinin (Angelicum) məzunu;
- 30 ildən çox Peruda xidmət edib: seminariyada dərs deyib,kilsələrlə işləyib və daha sonra yepiskop olub;
- 2001-2013-cü illərdə Avqustin ordeninə rəhbərlik edib;
- 2023-cü ildən Vatikan Yepiskoplar Dikastriyasının rəhbəri vəRoma Kuriyasının ən nüfuzlu kardinallarından biri;
- O, islahatların tərəfdarı və mülayim kurs, Fransisk xəttinindavamçısı kimi tanınır.
- Papa XIV Leonun şüarı: "In illo uno unum".