AZ

QHT “İctimai iştirakçılığın təkmilləşdirilməsi” layihəsini həyata keçirir

01 may 2025-ci il tarixdən etibarən “Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyi Azərbaycan Respublikasının  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “İctimai iştirakçılığın təkmilləşdirilməsi” layihəsini həyata keçirir. 

  Məlumdur ki, ictimai iştirakçılıq Azərbaycanın ictimai-siyasi, dövlət idaretməsi prosesinin prioritetlərindəndir. Layihənin məqsədi də bu sahədə real vəziyyəti öyrənərək, mövcud nöqsanları müəyyənləşdirmək, beynəlxalq təcrübəni öyrənmək, bu sahədə daha mütərəqqi nümunələrin ölkəmizdə tədbiqi üçün təkliflər hazırlamaq və bu sahədə ciddi dəyişiklərə nail olmaqdır. Nəticə olaraq bu sahədə olan problemlərin aradan qaldırılmasına kömək etmək, ictimai iştiarkçılığın bütün formalarından istifadə edilməsi prosesini sürətləndirmək, ölkədə səmərəli və effektli idarəetmə prosesində, qərarların hazırlanması və qəbulunda vətəndaş cəmiyyətinin daha geniş şəkildə cəlb edilməsi, eyni zamanda icra hakimiyyəti strukturlarında ictimai nəzarətin səmərəli tətbiqi, həmçinin onların fəaliyyətində şəffaflığın artırılmasına nail olmaqdır. 

  Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün, bu sahədə görülən işlərin və problemlərin öyrənilməsi və s. bağlı monitorinq həyata keçirləcək, qanunvericliyin təhlili və beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı təkliflər hazırlanacaq, TV-də müzakirələr aparılacaq, KİV-də məlumatlar dərc ediləcək və layihənin yekunu kimi Alternativ Hesabat hazırlanacaq.

 

Seçilən
0
sabahinfo.az

1Mənbələr