Kremlin rəsmi qəbulunda diqqətçəkən məqamlar: Putin liderlərlə görüşdü
KONKRET.az xəbər verir ki, bu gün Rusiya Prezidenti Vladimir Putin Kremlin sarayında 9 May – Qələbə Günü münasibətilə xarici liderlər üçün rəsmi qəbul təşkil edib. Tədbirdə bir sıra ölkələrin dövlət başçıları və nümayəndələri iştirak ediblər.
Çin lideri Si Cinpin qəbulda “Qeorqi lenti” ilə iştirak edib. Qeyd edək ki, bu lent bəzi digər liderlərin sinəsində olmayıb.
Məsələn, Belarus Prezidenti Aleksandr Lukaşenko və Ermənistanın Baş naziri Nikol Paşinyan tədbirə lentsiz qatılıblar.
Putin Lukaşenko ilə zarafatyana tərzdə ingilis dilində salamlaşıb. Lukaşenko zala daxil olarkən “Olar oturum?” sualına Rusiya lideri “Welcome” cavabını verib və gülümsəyib.
Serbiya Prezidenti Aleksandr Vuçiçin Moskvaya səfəri isə çətinliklərlə müşayiət olunub. Baltik ölkələrinin hava məkanını bağlaması səbəbilə o, Azərbaycandan keçərək Rusiya paytaxtına gəlib. Vuçiç, dron hücumları səbəbindən Bakıda bir müddət gözləməli olub. Kremldə onu qarşılayan Putin ilk olaraq “Necə gəlib çıxdınız?” sualını verib və gülümsəyib. Vuçiç isə rus dilində qonaqpərvərliyə görə təşəkkürünü bildirib.
Natiq Səlim,
KONKRET.az