Vatikanda konklavda iştirak edən kardinallar Roma-katolik kilsəsinin yeni rəhbərini — Roma Papasını seçiblər.
Referans xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Sikstin kapellasının bacasından ağ tüstü buraxılıb, bu da yeni Roma papasının seçildiyini bildirir.
Onun kim olduğu isə yaxın zamanda bilinəcək. Belə ki, ənənəyə görə yeni papa Müqəddəs Pyotr bazilikasının eyvanına çıxacaq və insanları salamlayacaq. Həmçinin öz papa adını təqdim edəcək./globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta