Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 17-ci turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun bütün oyunları eyni günə təsadüf edib.
Qarşılaşmaların hamısı “Olimpik Star”da keçirilib. Əvvəlcə meydana turnir cədvəlinin qonşu pillələrində qərarlaşmış komandalar çıxıblar. Favorit “Baku Fire” “Şuşa” ilə oyunda fasiləyə hesabda üstün yollansa da, ikinci hissədə 2 qırmızı vərəqə almaqla bərabər, tablodakı rəqəmlərin eyniləşməsinə də mane ola bilməyib. 9 qolluq matçın yekununda “Baku Fire” çətin qələbəyə sevinib.
Lider “Araz-Naxçıvan”la autsayder “Yasamal Bakı”nın görüşü “qırmızı-ağlar” üçün daha çox məşq xarakteri daşıyıb. Elə hesabın erkən açılması və böyük olması da bunu göstəricisidir.
Turun son oyununda U-19 “Neftçi” İK ilə qarşılaşıb. Növbəti qələbəsini qazanan “Neftçi” turnir cədvəlindəki mövqeyini qoruyub.
Yüksək Liqa
17-ci tur
8 may
Şuşa – Baku Fire 4:5
Qollar: Sadeq Caviditabar, 7:04; 15:19; 32:53-pen. Aydar Turarov, 28:42 – Oktay Rüstəmli, 4:40; 37:53. Yaqo Henrike, 5:49. Tofiq Əliyev, 6:51. Henrike Soares, 7:58.
Hakimlər: Mahir Məmmədov, Elgün Hüseynov, İmran Məhərrəmov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 14:00.
Yasamal Bakı – Araz-Naxçıvan 0:22
Qollar: Roman Adamov, 0:38; 22:23; 33:13. Amir Şocaei, 5:24. Ali Rostami, 5:49. Novruz Kazıxanov, 9:12; 27:33; 29:52. Ramazan Atakişiyev, 15:54. Karlos Henrike, 18:17; 29:17; 29:36; 34:16. Amirhosseyn Rasuli, 24:35; 26:33; 33:01; 35:23; 37:32; 38:08; 39:23. Xəzər Ağalızadə, 34:49; 35:01.
Hakimlər: Rza Məmmədov, Kənan Manafov, Nihad Bağırov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 16:00.
U-19 – Neftçi İK 2:4
Qollar: Rəvan Quliyev, 7:27. Hüseyn Əbdülov, 25:37 – Mortaza Haydari, 11:12; 11:33. Abdul Qafar, 21:48; 30:19.
Hakimlər: Anar Fərəcov, Hidayət Feyzullayev, Vüsal Balaşov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 18:00.
Xallar: Araz-Naxçıvan – 43. Neftçi İK – 40. Baku Fire – 38. Şuşa – 18. U-19 – 12. Yasamal Bakı – 0.