AZ

Aİ 95 milyard avro dəyərində ABŞ mallarına gömrük rüsumları tətbiq edə bilər

Avropa İttifaqı (Aİ) ABŞ ilə ticarət danışıqlarının nəticəsiz qalacağı təqdirdə 95 milyard avro dəyərində Amerika mallarına gömrük rüsumları tətbiq etməklə hədələyir.

NOCOMMENT.az xəbər verir ki, müvafiq bəyanatı Avropa Komissiyası (AK) yayıb.

Sənəddə bildirilir ki, Aİ cavab tədbirləri görülə biləcək malların siyahısı ilə bağlı ictimai məsləhətləşmələrə başlayıb. Söhbət ABŞ-dan gələn sənaye və kənd təsərrüfatı məhsullarından gedir.

“Danışıqlar ABŞ tariflərinin ləğvinə gətirib çıxarmasa, əks tədbirlər tətbiq olunacaq”, – Avropa Komissiyası vurğulayıb.

Seçilən
0
nocomment.az

1Mənbələr