İlham Şaban: "Rusiya üçün 50 dollar ətrafında neft satmaq təbii ki, gəlirlərini azaldacaq, amma bu hansısa öldürücü təsirdə olmayacaq"
Rusiya ixracatının əsasını təşkil edən neftin bir bareli 2025-ci ilin dövlət büdcəsində 70 dollar götürülmüşdü. "Argus" qiymətlər agentliyinin məlumatına görə, Ural neftinin qiyməti yenidən 50 dollar/bareldən aşağı düşüb.
Dünya bazarında neft qiymətləri aprelin əvvəlindən ABŞ tərəfindən ticarət tariflərinin tətbiqi, eləcə də OPEC+-nın may ayında hasilatı gözlənilənləndən üç dəfə artırmaq barədə qərarı fonunda enişini sürətləndirib. Alyans ölkələri may ayından hasilatı gündə 135 min bareldən 411 min barel artırmağa razılaşıb. Təşkilatın mayın 3-də keçirilən iclasının yekunlarına görə, iyun ayında da hasilati eyni səviyyədə saxlamaq nəzərdə tutulur.
Neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar aprelin 30-da Rusiyanın Maliyyə Nazirliyi büdcə parametrlərinə yenidən baxılacağını açıqlayıb.Rusiya neftinin qiyməti ilə bağlı proqnoz 70 dollardan 56 dollar/barelə endirilib.
Rroqnozun azaldılması onu göstərir ki, 2025-ci il üçün Rusiya büdcəsinə ilkin olaraq 1,8 trilyon rubl həcmində qiymətləndirilən əlavə neft və qaz gəlirləri daxil olmayacaq və Maliyyə Nazirliyi neft və qaz gəlirlərində yaranan kəsirin ödənilməsi üçün Milli Rifah Fondunun likvid hissəsindən istifadə etməli ola bilər.
Milli Rifah Fondu nə vaxta qədər tab gətirə bilər?"
Milli Rifah Fondu büdcə qaydasına uyğun olaraq formalaşır. Bu xammal ixracından əldə edilən gəliri yenidən bölüşdürən mexanizmdir. Rusiyada bu, ümumilikdə büdcəni neftin qiymətinin dəyişməsinin təsirindən qorumağa yönəlib.
Hazırda büdcə qaydasına görə Rusiyanın Ural markalı neftinin bir barelinin 60 dollar səviyyəsində müəyyən edir. Qiymətlər bu həddən yuxarı qalxanda səlahiyyətlilər Milli Rifah Fonduna valyuta alır, bu səviyyədən aşağı düşəndə isə əksinə, valyuta və qızıl satırlar.
Maliyyə Nazirliyinin rəhbəri Anton Siluanov ilk dəfə aprelin 23-də Maliyyə Nazirliyinin iclasında büdcə qaydasının yenidən qurulmasının zəruriliyini elan edib. Daha sonra o, neftin barelinin 60 dollarlıqbüdcə qiymətinin artıq “zamanın çağırışlarına cavab vermədiyini” söylədi. Medianın məlumatına görə, hazırda büdcədə neftin baza qiymətinin 50 dollara endirilməsinin mümkünlüyü müzakirə olunur.
Lakin mayın 6-da Siluanov bəyan edib ki, büdcə qaydasına görə neftin qiymətinin 60 dollardan aşağı salınması qarşıdakı üç il ərzinə nəzərdə tutulmayıb. Söhbət 2026-cı il üçün federal büdcənin hazırlanmasından və 2027-2028-ci illər üçün planlaşdırma dövründən gedir.
Mayın 7-də Maliyyə Nazirliyi büdcə qaydası çərçivəsində valyuta və qızıl alışına qayıdacağını açıqlayıb. Nazirlik bu məqsədlər üçün gündəlik 2,3 milyard rubl ayıracaq. Aprel ayında isə Maliyyə Nazirliyi, əksinə, 35,9 milyard rubl dəyərində valyuta və qızıl satıb (gündə 1,6 milyard rubl).
Qeyd edək ki, Maliyyə Nazirliyinin fevral ayında fondun idarə edilməsinin nəticələrinə dair hesabatına əsasən, Rusiya Milli Rifah Fondunun likvid hissəsi martın 1-nə təxminən 3,4 trilyon rubl və ya ÜDM-in 1,6%-nə bərabər olub.
2022-ci ilin yanvarında, Rusiya Ukraynanı işğal etməzdən bir ay əvvəl Milli Rifah Fondunda 8,43 trilyon rubl var idi. Eyni zamanda, rubl o zaman indikindən daha güclü idi.
Rusiya neftinin 50 dollardan da aşağı düşməsi dövlətbüdcəsinə necə təsir edəcək, Rusiya hansı həddə qədər tab gətirə bilər?
Baki-xeber.com saytının sualını cavablandıran neft sənayesi üzrə ekspert İlham Şaban bildirdi ki, Rusiya üçün 50 dollar ətrafında neft satmaq təbii ki, gəlirlərini azaldacaq, amma bu hansısa öldürücü təsir göstərnəyəcək: "Rusiyada neftin orta maya dəyəri bazarlara çıxarıb satmaq xərci ilə birgə 20 dollardan aşağıdır. Yəni Rusiya 30 dollara neft satsa belə mənfəət qazanmaq şansı var. Sadəcə gəlirləri kifayətqədər azalalacaq. Rusiya-Ukrayna meharibəsi başlamazdan öncə, Rusiya təkcə neftdən ildə 180 milyard dollara yaxın gəlir əldə edirdi. Ötən il onun neftdən gəlirləri 108 milyard dollara qədər azalıb. Bu, gəlir Rusiyanın hərbi büdcəsindən azdır. Amma görünür, bu müharibənin dayanması üçün yetərli olmayıb".
Rəqəmlər də göstərir ki, Rusiyanın Milli Rifah Fondunun vəsaitləri üç il ərzində 8,43 trilyon rubldan 3,4 trlyon rubla düşün. Yəni Fondun vəsaitlərinin 60 faizindən çoxu əriyib. ABŞ və OPEK+ təşkilatının indiki kursu davam etsə - neft qiymətləri 20-30 dollara qədər ucuzlaşsa Rusiya maksimim bir il ayaqda dayana bilər.
Akif NƏSİRLİ