AZ

Bu ölkə gürcü diplomatlara qarşı qərar qəbul etdi

Estoniya hökuməti Gürcüstanda diplomatik pasport sahibləri üçün viza rejimi tətbiq edib.

Ölkə.Az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin rəsmi məlumatında deyilir.

Qeyd olunur ki, bu tənzimləmə Aİ-nin qərarı əsasında qəbul edilib və bütün üzv dövlətlər bunu öz qanunvericiliklərinə ayrıca köçürməlidirlər.

“Bu, beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa İttifaqının hakim “Gürcü Arzusu” partiyasının sadə insanlara, etirazçılara və jurnalistlərə qarşı repressiyalarını, polisin cəzasız qalmasını və vətəndaş cəmiyyətinin sıxışdırılmasını qəbul etmədiyini nümayiş etdirən növbəti addımdır”, - Estoniyanın xarici işlər naziri Tsahkna bildirib.

Ölkə.Az

Seçilən
0
1
olke.az

2Mənbələr