AZ

Türkiyədə 2025/2026 mövsümünün "transfer pəncərəsi"nin vaxtı açıqlanıb

Türkiyədə 2025/2026 mövsümündə "transfer pəncərəsi" dövrünün açılış və bağlanış vaxtı açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qardaş ölkədə yay transfer dönəmi 2025-ci il iyunun 30-da başlayacaq və sentyabrın 12-də yekunlaşacaq.

Qış "transfer pəncərəsi" isə 2026-cı il yanvarın 5-də açılacaq və fevralın 10-a qədər davam edəcək.

Qeyd edək ki, Türkiyə Superliqasında "Qalatasaray" 83 xalla liderdir. 75 xalı olan "Fənərbağça" ikinci, 57 xala malik "Samunspor" isə üçüncüdür.

Seçilən
0
report.az

1Mənbələr