AZ

Almaniya XİN Qələbənin 80 illiyi ilə bağlı rus dilində yazı dərc edib

Mayın 8-də Almaniya Xarici İşlər Nazirliyi İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyi ilə bağlı X sosial şəbəkəsində (keçmiş Twitter) rus dilində mesaj yerləşdirib.

“Tariximizdə 1945-ci il mayın 8-i kimi dərin iz qoyan ikinci gün demək olar ki, yoxdur. Bu, təkcə nasist rejimi tərəfindən hüquqlarından məhrum edilmiş və işgəncələrə məruz qalan milyonlarla insanın qurtuluş günü deyil”, - bəyanatda deyilir.

Departament əlavə edib ki, Almaniya öz azadlığını müttəfiq ölkələrinin verdiyi böyük fədakarlıqlara borcludur.

Seçilən
0
aznews.az

1Mənbələr