Mayın 8-i cümə axşamı ticarət zamanı bitkoinin qiyməti 100 min dolları ötüb.
NOCOMMENT.az xəbər verir ki, bunu Binance kriptovalyuta birjasının məlumatları sübut edir.
Bu, 7 fevral 2025-ci ildən bəri ilk dəfədir.
Moskva vaxtı ilə saat 18:21-ə olan məlumata görə, kriptovalyuta 3,1% artaraq 100,05 min dollar təşkil edib.
Aprelin 8-də iqtisadçı Vladimir Skalkin bəyan edib ki, kriptovalyutanın artan rolu fonunda ekspertlər gələcəkdə Bitcoin-in dolları əvəz edərək yeni dünya ehtiyat valyutasına çevrilə biləcəyini proqnozlaşdırırlar.