AZ

"Minerva" mükafatına layiq görülən ilk azərbaycanlı - Aysel ƏlizadəVİDEO

Minlərlə xarici vətəndaşın qatıldığı siyahıda onun elmi araşdırması ilk yerə çıxanlar arasında oldu.

Xezerxeber.az-ın məlumatına görə, söhbət seçimlərdə yalnız 12 nəfərə təqdim olunan nüfuzlu "Minerva" mükafatına layiq görülən ilk azərbaycanlı Aysel Əlizadədən gedir.

O, bu mükafata təhsilə, elmi tədqiqatlara və araşdırmalara göstərdiyi yüksək təşəbbüskarlıq sayəsində nail olub. Aysel İtaliyada xarici doktorantların qatıldığı və seçilmiş 12 gənc alimdən biridir. 

Aysel Əlizadə 2016-cı ildən Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən mübadilə proqramı çərcivəsində Polşada ilk magistratura təhsilinə başlayıb. Daha sonra isə 2-ci magistratura təhsilini İspaniyada davam etdirib. 2021-ci ildən isə İtaliyanın ən qədim universitetlərindən birində elmi araşdırmalara başlayıb.

Mayın 7-də isə Aysel İtaliyada keçirilən bir konfransda ilk azərbaycanlı olaraq ən gənc alim seçilib. Aysel bu mükafata layiq görülməsini özü üçün böyük fəxr sayır.

Müsahibimiz bildirib ki, araşdırmalara və daim Azərbaycanın adını ən yüksək səviyyədə dünya ölkələri arasında səsləndirməyə davam edəcək.

Qeyd edək ki, Aysel Əlizadə hazırda süni intellekt və onun insan emosiyaları və hərəkətləri üzərində təsiri mövzusunda elmi araşdırmalar aparır. Bu istiqamətdəki elmi işləri Avropa və Amerika universitetlərində xüsusi maraqla qarşılanır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
0
1
xezerxeber.az

2Mənbələr