Müəllimlərin sertifikasiya imtahanının tarixi hələ də açıqlanmayıb.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, imtahan tarixi son illər ənənənəvi olaraq aprel ayında açıqlanırdı. Lakin indi bu barədə heç bir rəsmi məlumat yoxdur.
Günay Əkbərovanın sözlərinə görə, əsas səbəblərdən biri kimi Elm və Təhsil Nazirliyində bəzi yeni prosedurların tətbiqi, normativ sənədlərin yenilənməsi kimi gecikmələrə səbəb olur.
Xezerxeber.az-ın məlumatına görə,
İctimai şuranın katibi onu da qeyd edib ki, bundan əlavə, əvvəlki illərdə keçirilmiş imtahanlara dair toplanan geribildirişlərin dəyərləndirilməsi və formatın təkmilləşdirilməsi də daha çox vaxt tələb edə bilər.
Qeyd edək ki, Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasından bildirildi ki, sertifikasiya imtahanlarının vaxtı imtahandan 1 ay əvvəl açıqlanacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.