Şimali Kipr Türk Respublikasında səfərdə olan Azərbaycan Milli Məclisinin deputatları Vüqar Rəhimzadə və Razi Nurullayev bu ölkədəki Heydər Əliyev Azərbaycan-Kipr Dostluq Cəmiyyəti Beynəlxalq Mədəniyyət Mərkəzini ziyarət ediblər.
Bu barədə Newscenter.az-a məlumat Azərbaycan-Kipr Dostluq Cəmiyyətindən daxil olub.
Bildirilib ki, cəmiyyətin sədri Orxan Həsənoğlu rəhbərlik etdiyi qurumun fəaliyyəti, gördüyü işlər və həyata keçirdiyi layihələr barədə qonaqlara məlumat verib.
Həmçinin, cəmiyyət sədri iki qardaş ölkə arasında əlaqələrin inkişafı və adada yaşayan soydaşlarımıza yönəlik fəaliyyət barədə deputatlar bilgiləndirilib. Görüş zamanı Orxan Həsənoğlu azərbaycanlı deputatların məsləhət və tövsiyələrini də dinləyib.
Qeyd edək ki, millət vəkilləri Heydər Əliyev Azərbaycan-Kipr Dostluq Cəmiyyəti Beynəlxalq Mədəniyyət Mərkəzinin dəvəti ilə Şimali Kiprə səfər ediblər.
Süleyman