AZ

Müharibədən qalan xəsarətlər Mətləbin ömrünü yarıda qoydu - Emin Tarverdiyev yazır

Müharibədən qalan xəsarətlər Mətləbin ömrünü yarıda qoydu - Emin Tarverdiyev yazır

44 günlük müharibənin ortaları idi. Artıq bir neçə rayonumuz düşmən tapdağından azad olmuşdu. Həmin ərəfədə 2 əsgərin şəkli sosial şəbəkələrdə viral olmuşdu. Ən çox da naxçıvanlılar paylaşırdı. Şəkildə divara boya ilə “Əlixan məhləsi” yazılmışdı. Məlumat üçün qeyd edim ki, Əlixan məhəlləsi Naxçıvan şəhərinin qədim yurd yerlərindən sayılır. Bəlkə də bir təsadüf idi, mən də həmin şəkli votsap hekayəmdə paylaşmışdım. Dubayda yaşayan naxçıvanlı dostumuz şəkilə baxıb “Niftigildi, tarix yazırlar” deyə qeyd eləmişdi. Nifti adı məni çəkdi, tez şəkli anama göndərdim. “Bu sənin şagirdin Niftidi?” deyə soruşdum. Anam isə “hə, Niftidi, döyüşdədi, danışmışam, yaxşıdı” deyə cavab yazdı. Sonradan öyrəndim ki, Niftinin yanındakı igidin də adı Mətləbdi. Eyni dövrün uşaqları və naxçıvanlı olsaq da, tanımırdım. Artıq sədaları gəlib çatmışdı. İşğaldan azad olunmuş ərazilərdə ad çıxarmışdılar: “Qaçaq naxçıvanlılar”...Döyüş bitsə də, biz dayanmamışdıq. Xocavənddəki hərbi hissədən azan vermək üçün səs gücləndirici istəmişdilər. Bir günə tapıb yola çıxdıq. Füzulinin Alxanlı kəndində bizi hərbi hissəyə aparacaq “sanitarkanı” gözləyirdik. Havanın qaralmağı bəs deyildi, artıq soyuq da iliklərimizə işləyirdi. Bir azdan maşın gəldi, birtəhər maşına oturub yola düşdük. Yolda maşın çuxura düşəndə inilti səsi eşitdim, “kimdi elə?” soruşanda arxadan bir səs gəldi: “Qorxma əmi, döyüşdə yaralanmışdım, indi sağalmışam, hərbi hissəyə qayıdıram”. Cavab verən bir cavan oğlan idi. Sğz düşmüşkən “bizim burda 2 qaçaq naxçıvanlı var idi, tanımırdız?” deyə soruşdum. Dərhal həmin gəncin xoş xatirələri baş qaldırdı: “Mətləblə Niftini deyirsən. Niyə tanımırıq ki? Əmi, Mətləbin hesabına bilirsən neçə gün kef eləmişik döyüşdə? O qədər qoyun – quzu “qavırma” edib yedirdib bizə. Ermənilərdən bir at gətirmişdi, həmişə onunla gəzirdi buralarda".Tale elə gətirdi ki, Mətləbi real həyatda tanımaq da qismət oldu. Müharibədən 7 ay keçmişdi. Bir neçə qazi ilə süfrə başında görüşdük, Mətləbi də dəvət etmişdik. Müharibə xatirələrinə də qulaq asdıq. Beləliklə Mətləblə dostlaşdıq. Ondan sonra “Vətən Bağı"nda ağac da əkdik, şəhid övladlarını başımıza yığıb Uşaqlar Gününü də qeyd etdik. Müharibə özünü Mətləbin hər əzasında göstərməkdə idi. Ciddi müalicə alırdı. Hər dəfə də zarafata salıb “vallah, müharibə bu dərmanlardan yaxşı idi” deyirdi. Bu gün Mətləbin ölüm xəbərini aldım. Bəlkə də işdə olmasaydım dəlicəsinə qışqırar, həm də hönkürərdim. Niftiyə zəng etdim, səsi titrəyirdi. Təsdiqlədi: “Ani oldu, həkim beyninə qan sızıb dedi". Nə isə... Bu gün bir qazimiz də şəhid qardaşlarına qovuşdu. Hamınızın ruhu şad olsun. Qismət olsa görüşərik, Mətləb!Emin Tarverdiyev, "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin sərdi

Seçilən
0
1
afn.az

2Mənbələr