AZ

Qabiliyyət imtahanına buraxılmaq üçün bal limiti artırılıb?

Dövlət İmtahan Mərkəzi tərəfindən 2025/2026-cı tədris ili üçün idman istiqaməti üzrə xüsüsi qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtləri təqdim edilib. 

Abituriyentlərin qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış) ümumi balı müvafiq şərtləri ödədiyi halda onlar qabiliyyət imtahanlarına buraxılırlar. Beləliklə, qabiliyyət imtahanlarına buraxılmaq üçün tələb olunan bal limiti 10 bal artırılıb.

Bu dəyişiklik narazılığa səbəb olub. Dəyişikliyin nə kimi təsiri olacaq? 

Təhsil eksperti İlqar Orucov Hit.az-a deyib ki, 2024-cu ildə 150 balla müsabiqəyə qatıla bilərdi. İdıman ixtisası üzrə təhsil almaq istəyən şəxs 150 balla müsabiqəyə keçə bilərdi:

“Ancaq bu il 150 bal toplayan abituriyentlərin sayı ötən illə müqayisədə kifayət qədər çoxdur. Bu qədər insanı müsabiqəyə buraxmaq imkansız olduğu üçün balı qaldırıblar. 10 ballıq artımla gənclər idman ixtisası üzrə müsabiqədə iştirak edə biləcək. Bu məsələdə narazılığa əsas yoxdur”.

Sevinc

Seçilən
0
hit.az

1Mənbələr