Rusiyanın Nəqliyyat Nazirliyi, Federal Hava Nəqliyyatı Agentliyi və Türk Hava Yolları Türkiyə ilə Rusiya Federasiyası arasında mayın 9-dan etibarən uçuş proqramını tam bərpa etmək barədə razılığa gəliblər.
Publika.az xəbər verir ki, bu barədə Rosaviasiyanın nümayəndəsi Artem Korenyako "Telegram" kanalında məlumat verib .
O qeyd edib ki, cümə axşamı, mayın 8-də ləğv edilən reyslər "Azur Air" və "SouthWind" aviaşirkətləri tərəfindən yerinə yetiriləcək.
Həmçinin vurğulanıb ki, türk hava daşıyıcısı mayın 9-da öz cədvəlinə əlavə uçuşların daxil edilməsi imkanları üzərində işləyir.
Korenyako daha əvvəl bildirib ki, Rosaviasiya Rusiyaya uçuşlarla bağlı vəziyyətlə bağlı Türk Hava Yolları aviaşirkəti ilə dialoq aparır.