İspaniya La Liqasının XXXV turu çərçivəsində keçiriləcək “Barselona” – “Real Madrid” oyununun baş hakimi müəyyənləşib.
90deqiqe.Az İspaniya Kral Futbol Federasiyasının (RFEF) rəsmi saytına istinadən xəbər verir ki, mövsümün son “El-Klasiko”sunu Alexandro Xose Ernandes Ernandes idarə edəcək.
Nüfuzlu qarşılaşma mayın 11-də baş tutacaq və Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.
Hazırda La Liqanın turnir cədvəlinə 79 xalla “Barselona” başçılıq edir. Əzəli rəqibi “Real Madrid” isə kataloniyalılardan 4 xal geri qalmaqla ikinci pillədə qərarlaşıb.