Mayın 11-12-də Əbu-Dabinin vəliəhd şahzadəsi Şeyx Xalid bin Məhəmməd bin Zayed əl-Nəhyan Qazaxıstana rəsmi səfər edəcək.
Bu barədə “Report”un Qazaxıstan bürosu “Akorda”nın mətbuat xidmətinə istinadən xəbər verir.
Qazaxıstan Prezidenti Tokayevlə vəliəhdin Qazaxıstan və BƏƏ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi perspektivlərini müzakirə edəcəyi gözlənilir. Bir sıra ikitərəfli sənədlər də imzalanacaq.
Bu ilin əvvəlində Qazaxıstan Prezidenti davamlı inkişaf üçün qlobal çağırışları müzakirə etmək məqsədilə Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər edib və sammitdə iştirak edib.
Səfər zamanı Qazaxıstan lideri BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed əl-Nəhyan ilə də görüşüb və burada BƏƏ-nin Qazaxıstanın ərəb dünyasındakı əsas tərəfdaşı olduğunu qeyd edib.