AZ

“Bu qədər yerli məşqçinin içində milli səviyyəsində heç kim yoxdur”

Braziliya millisinə yeni baş məşqçi axtarışları davam edir.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Braziliya Futbol Konfederasiyası əcnəbi mütəxəssis təyin etməyi planlaşdırır.

Bu baş verərsə, “pentakampeonlar”ı 60 ildən sonra ilk dəfə əcnəbi məşqçi çalışdıracaq.

Yerli KİV konfederasiyaya portuqaliyalıları təklif edib. Bildirilib ki, hazırda portuqaliyalı mütəxəssislə daha böyük uğur əldə edə bilərlər.

Bu baxımdan Azərbaycan millisinin hazırkı çalışdırıcısı Fernandu Santuş da nümunə göstərilib:

“Elə bir qanun yoxdur ki, bu postda ancaq yerlilər olmalıdır. Qəribəsi budur ki, minlərlə braziliyalı məşqçinin içində milli səviyyəsində heç kim yoxdur.

Ən yaxşı namizəd kimi portuqaliyalıları göstərmək olar. Son illər portuqaliyalılar elə nüfuz səviyyəsinə yüksəliblər ki, hətta məşhur braziliyalı məşqçiləri də kölgədə qoyublar.

Onların ən böyük uğuru da son illərdə əldə olunub. 2016-cı ildə Avropa çempionu, 2019-cu ildə isə Millətlər Liqasını qazanıblar.

Hər iki nailiyyətə isə nə Jorje Jezuş, nə Abel Ferreyra, nə də Joze Mourinyo imza atıb. Portuqaliyalılara bu uğurları hazırda Azərbaycan millisinin çalışdıran Fernandu Santuş qazandırıb.

Qəribəsi burasındadır ki, bu cür məşqçiləri ola-ola hazırda Portuqaliya yığmasının baş məşqçisi əcnəbidir (ispaniyalı Roberto Martines). Braziliya Futbol Konfederasiyası seçimində son dərəcə diqqətli olmalıdır”.

Fernandu Santuş millimizdən əvvəl karyerası ərzində Portuqaliya ilə yanaşı, Yunanıstan və Polşa yığmalarında da işləyib.

Seçilən
0
sportinfo.az

1Mənbələr