AZ

Culfada Ulu Öndərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Culfa rayonunda "Konstitusiya və Suverenlik İli" çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

“İki sahil” xəbər verir ki,  Culfa Rayon Mədəniyyət Sarayında Culfa Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının təşkilatçılığı ilə baş tutan tədbirdə rayonda fəaliyyət göstərən hüquq mühafizə orqanlarının və digər təşkilatların rəhbərləri, eyni zamanda idarə, müəssisələrin əməkdaşları iştirak ediblər.

Tədbirdə ilk öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və respublikamızın Dövlət Himni səsləndirilib.

Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova və Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri Qadir İbrahimov çıxış edərək Ulu Öndər Heydər Əliyevin mənalı həyatı və xalqımızın qarşısındakı misilsiz xidmətlərindən bəhs ediblər. Qeyd edilib ki, müstəqil, suveren, qüdrətli güclü Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir.

Seçilən
0
ikisahil.az

1Mənbələr