
Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin arasında görüş başa çatıb.
Yeniavaz.com xəbər verir ki, Çin lideri məhdud və geniş tərkibdə danışıqların, eləcə də çay süfrəsi arxasında qeyri-rəsmi söhbətin aparıldığı Kremli tərk edib.
Ümumilikdə Rusiya-Çin yüksək səviyyəli danışıqları təxminən 7,5 saat davam edib. Nümayəndə heyətləri arasında məhdud və geniş tərkibdə danışıqlar 3,5 saata yaxın davam edib.