Fələstin prezidenti Mahmud Abbas Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmək üçün Moskvaya gəlib, - TASS müxbiri xəbər verir.
Bundan əvvəl Fələstinin Moskvadakı səfiri Abdel Hafiz Nofəl TASS-a bildirib ki, Abbasın Rusiya prezidenti Vladimir Putinlə danışıqları mayın 10-da baş tutacaq.Liderlərin Qəzza zolağındakı vəziyyəti və ikitərəfli münasibətləri müzakirə edəcəyi gözlənilir.