Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) arasında əməkdaşlıq çərçivəsində ölkəmizdə səfərdə olan qardaş ölkənin hərbi nümayəndələri Azərbaycan HDQ-yə məxsus gəmiləri və təlim mərkəzlərini ziyarət ediblər.
Bu barədə Publika.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər zamanı kritik infrastrukturların mühafizəsi, gəmi təmiri, texniki baxış və yeni gəmi inşası ilə bağlı fikir mübadiləsi aparılıb.