AZ

İkinci Dünya Müharibəsi iştirakçılarına və əlillərinə 10 min dollar verilib



"Bu il İkinci Dünya Müharibəsi iştirakçılarına və əlillərinə 10 min ABŞ dolları, bu kateqoriyaya bərabər tutulan şəxslərə 25 milyon, əmək cəbhəsi iştirakçılarına isə 3 milyon manat məbləğində birdəfəlik pul mükafatlarının verilməsi, habelə “İkinci Dünya Müharibəsində Qələbənin 80 illiyi” yubiley medalları ilə təltif olunması bu kateqoriyadan olanlara ən böyük diqqət və qayğının nümunəsidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Özbəkistan prezidenti Şavkat Mirziyoyev Qələbənin 80 illiyi ilə bağlı xalqa ünvanladığı təbrikdə qeyd edib. Dövlət başçısı bildirib ki, müharibə veteranlarına və əlillərə tibbi-sosial xidmətlər, o cümlədən patronajlıq göstərilir. Onlar öz istəyi ilə sanatoriyalarda müalicə olunurlar:

"Bu sevincli günlərdə xalqımız hörmətli ağsaqqallarımızı, müharibə və əmək veteranlarını ziyarət edir, xeyir-dualarını alır.

Aidiyyəti nazirlik, idarə və təşkilatların, hərbi hissələrin rəhbərlərinin iştirakı ilə müharibə və əmək veteranlarının ailə üzvlərinin, müstəqillik illərində xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş hərbi qulluqçuların, hüquq-mühafizə orqanlarının əməkdaşlarının vəziyyəti ilə bağlı məlumatlar qəbul edilir, onlara lazımi dəstək və köməklik göstərilir.

Əlbəttə, biz bu gün yaşadığımız dinc, azad, müstəqil həyat uğrunda mübarizə aparan, hətta qiymətli canlarını belə əsirgəməyən belə fədakar insanlara həmişə borcluyuq. Onlar bundan sonra da dövlətimizin və cəmiyyətimizin sevgi və diqqətini hiss edəcəklər".

Süleyman
Seçilən
0
newscenter.az

1Mənbələr