"İpsviç"in 22 yaşlı hücumçusu Liam Delap karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Transfer Football" yayıb.
Xəbərə görə, onun xidmətində "Arsenal" maraqlıdır. Mənbə "topçular"ın forvardın nümayəndələri ilə danışıq apardıqlarını vurğulayıb.
Daha öncə sözügedən oyunçunu "Mançester Yunayted" və "Çelsi"nin də rənglərinə bağlamaq istədikləri barədə məlumatlar dərc edilmişdi.
Qeyd edək ki, Delap cari mövsüm İngiltərə Premyer Liqasında 34 matça çıxaraq 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 35 milyon avro ilə dəyərləndirir.
Nihat