AZ

2 milyon özbək faşizmə qarşı mübarizədə iştirak edib



"O zaman 6,8 milyon nəfər olan əhalimizin 2 milyona yaxını faşizmə qarşı qanlı döyüşlərdə iştirak edib. Onlardan 540 minə yaxını öldürülüb, 158 mini itkin düşüb, 50 mindən çoxu həbs düşərgələrində misli görünməmiş işgəncə və əzablara məruz qalaraq ölüb, 60 mindən çoxu isə əlil olub".

Newscenter.az xəbər verir ki, bu fikirləri Özbəkistan prezidenti Şavkat Mirziyoyev Qələbənin 80 illiyi ilə bağlı xalqa ünvanladığı təbrikdə qeyd edib. Dövlət başçısı bildirib ki, 214 minə yaxın özbək əsgər və zabitinin döyüş orden və medalları ilə təltif edilməsi, 301 nəfərin Sovet İttifaqı Qəhrəmanı yüksək adına layiq görülməsi, 70-dən çoxunun isə hər üç dərəcəli “Şöhrət” ordeni ilə təltif edilməsi, ölkəmizin nümayəndələrinin döyüş meydanlarında göstərdikləri şücaət və mətanətin yüksək praktiki qiymətidir:

"Müharibə illərində ölkəmizin cəbhənin möhkəm təchizat bazasına çevrilməsi, respublikamızdan döyüş meydanlarına külli miqdarda hərbi texnika, silah, dərman, geyim, ərzaq və digər zəruri məhsulların daşınması həmin faciəli dövrün daha bir unudulmaz səhifəsidir.

Müharibə alovu altında qalan rayonlardan ölkəmizə 170-dən çox fabrik və zavod köçürülüb, qısa müddət ərzində 280 yeni müəssisə tikilib.

Xalqımız son dərəcə ağır və mürəkkəb şəraitdə müharibə bölgələrindən ölkəmizə gətirilən 1,5 milyona yaxın insanı, o cümlədən valideynlərini itirmiş 250 min yetim uşağı qucaqlayıb, onlara xeyirxahlıq göstərib".

Özbəkistan prezidenti, "Bu gün tarix kitablarına yazılan bu cür nümunələri xatırladıqca biz hər bir şəraitdə öz humanist əqidəsinə sadiq qalan nəcib və tolerant xalqımızın böyük humanist keyfiyyətlərini ehtiramla yad edirik",-deyə vurğulayıb.

Süleyman
Seçilən
0
newscenter.az

1Mənbələr