AZ

Azərbaycanda bütün partiyaların pulu 1 illiyə kəsildi...(?)


Ağ Partiya və Azərbaycan Xalq Partiyasına dövlət tərəfindən ayrılan maliyyə vəsaiti kəsilib. Bunu hər iki partiyanın liderləri Tural Abbaslı və Pənah Hüseyn mediaya açıqlamasında deyib. Məsələ ilə bağlı hər iki partiya liderinə eyni sualla müraciət etdik.

Sizin partiyaya ayrılan vəsaitin dayandırılmasını nə ilə izah edə bilərsiniz? Sizin partiyalar MSK-nin hesabat təqdim etmiş partiyalar siyajısındadır. Elə isə rəsmi səbəb nə göstərilir? Bu məsələdə siyasi çalar da ola bilərmi?

"Hesabata görə tutulan iradları Nazirlik bizə təqdim edib"

Bakı-Xəbər qəzetinə açıqlamasında Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirdi ki, partiyanın MCK-ya təqdim etdiyi hesabatda bəzi uyğunsuzluqlar aşkarlanıb: "Burada söhbət böyük maliyyə vəsaitindən getmir. Maliyyə Nazirliyi partiyamıza cəmi ayda bir neçə yüz manat vəsait ayırırdı. Bunun olmaması da faciə deyil. Yeni qanuna görə hesabat formaları dəyişdirilib, bir qədər də mürəkkəbləşdirilib. Ona görə də uyğunsuzluqlar aşkarlanıb. Hesabata görə tutulan iradları Nazirlik bizə təqdim edib".

"Səhv etmirəmsə ödənişləri dayandırılan yalnız bizim partiya deyil, bütün partiyaların bir illik maliyyəsi kəsilib"

Ağ Partiya sədri Tural Abbaslı bizimlə söhbətində bildirdi ki, bizə maliyyənin ayrılmasına son verilməsini "Siyasi Partiyalar Haqqında" qanuna edilən dəyişikliklərlə əlaqədar olduğunu dedilər: "Qanunda bir çox çətinliklər var. Hansı ki, rəallıqda qanunun həmin tələblərini icra etmək çox çətindir. Buraya üzvlük haqqarının yığılması barədə, ianələr haqqında hesabatın verilməsi, il ərzində dövlətin verəcəyi maliyyə vəsaitinin yarısı qədər üzvlük haqqı yığmaq tələbi və s. daxildir. Yeni qanunun tələblərinə uyğun olaraq verilən birinci hesabat olduğundan həm uyğunsuzluq çoxdur, həm də tələblər sərtdir. Səhv etmirəmsə ödənişləri dayandırılan yalnız bizim partiya deyil, bütün partiyaların bir illik maliyyəsi kəsilib. Əsas da o göstərilir ki, hesabatlarda uyğunsuzluq var.

Bu məsələdə siyasi çaları olub-olmadığını deyə bilmərəm, amma əsas odur ki, tətbiq edilən maliyyə sanksiyasının hüquqi məntiqi var. Amma nəzərə alına bilərdi ki, qanun yeni qəbul edilib, partiyalar bu qanuna uyğunlaşmağa çalışır, qanunun tələb etdiyi hesabatların detalları çox mürəkkəbdir. Hesab edirəm ki, hökumət ən azi bir illik bu məsələyə güzəştlə yanaşa bilərdi. Ölkədə siyasi partiyaların üzvülük haqqı və inanələrdən başqa heç bir gəlir mənbəyi yoxdur, onlar da minimum səviyyədədir.

Düzdür, hökumətin parlamtdə təmsil edilməyən partiyalara ayırdığı maliyyə də minimum səviyyədədir. Ən yaxşi halda bu vəsait mərkəzi qərərgahin kommunal xərclərini ödəməyə yetir. Amma hər halda bir məbləğdir.

Hazırda kimlərisə ittiham etmək fikrindən uzaqam, çünki iradlar göz önündədir. Əgər hesabatımız uyğun olduğu halda hər hansı bir bəhanə ortada olsaydı bunun siyasi qərar olduğuna şübhə yarana bilərdi. Amma belə bir şübhe yoxdur".

Akif NƏSİRLİ

Seçilən
0
baki-xeber.com

1Mənbələr