AZ

"Liverpul" Trent Aleksander-Arnolda əvəzləyici tapıb

İngiltərə təmsilçisi "Liverpul" cari mövsümün sonunda klubdan ayrılacaq Trent Aleksander-Arnolda əvəzləyici tapıb.

"Report" "Give me Sport"a istinadən xəbər verir ki, mersisaydlılar Almaniyanın "Bayer 04" kollektivinin müdafiəçisi Ceremi Frimponqu sıralarına cəlb etməyi düşünür.

Leverkuzenlilər 24 yaşlı oyunçunu 30 milyon funt-sterlinqə satmağa hazırdır. Bu məbləğin çox olduğu qənaətində olan qarşı tərəf digər variantları nəzərdən keçirir.

Qeyd edək ki, Ceremi Frimponq bu mövsüm "Bayer 04"ün heyətində bütün turnirlərdə 47 oyun keçirib, 4 qol vurub və 12 məhsuldar ötürmə edib. Onun komandası ilə olan müqaviləsi 2028-ci ilin yayında başa çatacaq.

Seçilən
0
1
report.az

2Mənbələr