BAKI. 8 may. TELEQRAF
AFFA-nın Lisenziyalaşdırma Departamentinin rəhbəri Elçin Məmmədov Lisenziyalaşdırma Komissiyasının bugünkü iclasında qəbul olunmuş qərarlarla bağlı Teleqraf-ın suallarını cavablandırıb:
- Klublar lisenziya ilə təmin olunarkən hansı üstünlüklər nəzərə alınır?
-PFL bir-iki ay öncə stadionlarda təftişlər apardı və çatışmazlıqları yazılı şəkildə qeydə aldı. Müəyyən tarix qeyd etdi ki, mövsümə o qədər müddət qalmış onlar qaydasına salınsın. Bunu da nəzərə alaraq, qərarda da qeyd edirik. Yəni, klubda hansısa çatışmazlıq varsa, bu stadionda çatışmazlıqları həll etdikdən sonra, göstərilən vaxtda xahiş edirik ki, PFL-ə məlumat verin. Düzəliş olub-olmadığını dəqiqləşdirmək üçün təftiş keçirilsin, çatışmazlıq aşkar olunarsa, ya alternativ stadion olmalıdır, ya da əlavə vaxt verilir. Yəni PFL ilə işçi prosesi gedir. Əgər heç bir alternativ tapılmasa PFL bizə müraciət edir və deyir, bu klub meyarları yerinə yetirmir. Hansı klublara ki, möhlət verilib, onlar PFL-ə məlunat verəcəklər. Müvafiq olaraq qərarıar qəbul olunacaq. Hazırda isə müvafiq vaxt verilib. Mövsüm öncəsi stadionda çatışmazlıqlar qeydə alınarsa, başqa stadion götürülür.
- II Liqada təkcə“Füzuli” və “Araz-Saatlı”ya lisenziya verilmədi?
- Adıçəkilən kublarlnda müəyyən sənəd çatışmazlıqları vardı. Biz konkret səbəbləri açıqlamırıq. Sənəd şəklində səbəblər klublsra bildirib, özləri açıqlama verə bilər. Bir halda açıqlaya bilərik ki, klub mətbuata səhv məlumat versə, biz o zaman düzəliş edərək doğri məlumat verə bilərik.
- Bəs digər II Liqa klubları?
-II Liqa klublarlndan bəziləri müraciət edib. Çünki bu liqada iştirak üçün hansısa lisenziya tələbi olmadığından bu mövzuda azaddırlar. İki il bundan öncə I Liqadada da tələb yox idi deyə, klunlar ya ümumiyyətlə müraciət etmirdi, ya da sırf ərizə göndərərək prosesdə iştirak etməkdən imtina edirdilər. İndi isə I Liqada iddialı olmasan belə öz yerini qorumaq üçün prosesdə iştirak edirdilər.
- Premyer Liqa və I Liqa klubları Bütün klublar lisenziya ilə təmin olunub. Deməli, göstərilən tələblərə cavab verirlərmi?
- Bizdə qaydalarda yazılıb ki, daxili yarışları təşkil edən qurumunun əsasnaməsinə uyğun stadionu olmalıdır. Biz səbədləri göndəririk PFL-ə, əgər hansısa məsələ olursa, onlar bizə bildirir ki, bizi qane etmir bu stadion və biz onu qəbul etmirik.
- I Liqadan hansı klublar müraciət etməyib?
- Bütün klublar müraciət edib. Beş klub Premyer Liqa, beş klub isə öz yerini qorumaq üçün Lisenziyalaşdlrmaya müraciət edib. II Liqadan isə 6 klub lisenziya aldı, 2 klub almadı, qalanları isə müraciət etməyib.
- ”Sumqayıt” avrokuboklar üçün müraciət edib. Halbuki mövqeyi ona imkan vermir...
- Biz klubun turnir cədvəlindəki yerinə baxmırıq. Sənədləri araşdırıb komissiyaya təqdim edirik. “Bakı Sportinq” və “Difai” nəticələrinə görə Premyer Liqaya yüksələ bilmir. Amma klub lisenziya üçün minimal şərtləri ödədiyi üçün ona lisenziya veririk.
- Növbəti mövsüm şərtlər və klubların iddiaları dəyişərsə, onların lisenziyasında hansısa dəyişikliklər etmək mümkündürmü?
- Klublar mövsüm ərzində lisenziya növünün dəyişməsində azaddırlar. Bir klub mövsümün əvvəlində düşünür ki, UEFA üçün müraciət etsin, amma mövsümün yarısında görür ki, nəticələri uyğun gəlmir, bizə müraciət edərək yazılı şəkildə “Artıq Premyer Liqa üçün lisenziya istəyirəm, UEFA üçün yox” deyə müraciət edir. Çünki avrokuboklar üçün şərtlər daha asandır. Bizim xüsusi platformamız var, orada bütün sənədlər dəyişdirilir. Klub müraciət etdikdə, UEFA yox, Premyer Liqa standartlarına uyğun lisenziya dəyişdirilə bilir. Bu zaman da uşaq komandalarının sayı, maliyyə və digər meyarlar Premyer Liqa üçün nəzərdə tutulmuş olur. Belədə, klub mövsümün yarısında və ya sonuna yaxın bunun üçün müraciət edə bilər. Bu mövzuda da hər hansı problem yoxdur.
- UEFA-nın kişilər arasında keçirilən klub yarışlarında iştirak etmək üçün 7 kluba lisenziya verilib...
- Bəli, çünki 3 klub - “Şamaxı” “Kəpəz” və “Səbail” müraciət etməyib.
- Əvvəllər hətta I Liqanın qalibləri Premyer Liqaya lisenziya qazana bilmirdilər. Amma indi hətta stadionları yararsız olan, stadionları olmayan klublara lisenziya verirsiniz. Bu müddətdə nə dəyişib?
- Prinsipial olaraq nə isə dəyişilməyib. Bir-iki yeni meyar əlavə olunmuşdu. Məsələn, bu ildən hər bir klub əmtəə nişanı ilə bağlı sertifikat təqdim etməli idi. Klublar da müvafiq agentliyə müraciət edərək, həmin loqoları əqli mülkiyyət kimi qeydiyyata almışdılar. Belə asanlaşdırımış meyar yox idi. Sadəcə, təcrübə topladıqca prosesi daha yaxşı anlayır və həll edirlər.
- Demək olarmı ki, lisenziyalaşdırma ötən illərlə müqayisədə daha da asanlaşıb?
- Biz hesab edirik ki, illər keçdikcə, klublar təcrübə toplayır. Xüsusilə I Liqada bunun effektini gördük. Ötən il I Liqaya lisenziyanı ilk dəfə tətbiq etmişdik. Klublar prosesi dərin anlayır, meyarları düzgün yerinə yetirir. Xüsusilə də lisenziya menecerləri dəyişmir, onları qeyd etmək olar. Toplanan təcrübə öz effektini verir. Dəyişiklik olan klublarda isə treninqlər keçiririk, həmin insan menecer işləmək üçün bizdə onlayn imtahandan keçir və lisenziya alır.
- “Turan Tovuz” növbəti mövsüm Premyer Liqada“Turan” adı altında çıxış etmək istəyini açıqlamışdı.Klub bu adda lisenziyalaşdırlması üçün müraciət edibmi?
- Xeyr, sadəcə, qısa versiyadır. Bizə bu barədə klub tərəfindən hər hansı müraciət daxil olmayıb.