AZ

95 milyard avroluq məhsula rüsum tətbiqinə hazırlaşırlar

95

Avropa İttifaqı (Aİ) ABŞ-nın rüsum artımlarına cavab olaraq təxminən 95 milyard avro dəyərində mala rüsum tətbiq etməyi planlaşdırır.

Reyting.az
-ın məlumatına görə, ABŞ ilə avtomobillər və qarşılıqlı tariflər mövzusunda fikir ayrılığı danışıqlar yolu ilə həll edilməsə, Avropa ABŞ-nın tariflərlə bağlı qərarına uyğun cavab verəcək.

Aİ Komissiyasının açıqlamasında deyilir ki, Avropa Birliyi ilə ABŞ arasında aparılan danışıqlar qarşılıqlı faydalı olmalı, ABŞ-nın tariflərinin ləğvi ilə nəticələnməlidir. Əgər belə olmasa, əks-tədbirlər görüləcək. Hətta bu məqsədlə məhsulların siyahısı da hazırlanıb.

Siyahıya sənaye və kənd təsərrüfatı məhsullarının geniş spektrini əhatə edən 95 milyard avro dəyərində ABŞ-dan idxal daxildir.

Avropa Birliyinin (AB) bəzi polad qırıntıları və ABŞ-a 4,4 milyard avro dəyərində kimyəvi məhsul ixracına məhdudiyyətlərin də tətbiqi nəzərdə tutulub.

Bildirilir ki, danışıqlarda heç bir nəticə əldə olunmasa Aİ istehlakçılarını və sənayesini müdafiə etmək üçün mümkün tədbirlərini hazırlamağa davam edəcək. AB-nin də Ümumdünya Ticarət Təşkilatında (ÜTT) avtomobillər, avtomobil hissələri və qarşılıqlı tariflər mövzusunda ABŞ ilə rəsmi məsləhətləşmə prosesinə başlayacağı xatırlanır.

Digər tərəfdən, AB tədbirlərinə tabe olacaq ABŞ məhsullarının siyahısı 218 səhifədən ibarətdir. Siyahıya şərab, balıq, atlar, təyyarələr, avtomobillər və hissələri, kimyəvi maddələr, maşınlar və sağlamlıq avadanlıqları kimi bir çox məhsul daxildir.

E. KAMAL
Seçilən
0
reyting.az

1Mənbələr