AZ

Azad edilmiş 44 kənddə kənd təsərrüfatı infrastrukturu bərpa olunur

BAKI, 8 may. TELEQRAF

2026-cı ilə qədər 44 kənddə torpaq parselləmə və infrastruktur qurulacaq.

Teleqraf xəbər verir ki, bunu Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov AzTV-yə verdiyi müsahibəsində vurğulayıb.

O bildirib ki, işğaldan azad olunan ərazilərdə cənab prezidentin tapşırığı ilə kənd təsərrüfatı nazirliyi aktiv əkin ərazilərinin öyrənilməsinə start verib. Hazırda rektorlaşdırma yolu ilə nəticəsində təxminən 161 min hektar əkin sahəsi müəyyən edilib ki, bunun 4 400 hektarı çoxillik, qalan hissəsi isə birillik əkin sahələridir. Bu torpaqlardan 40 000 hektarı 2023-cü ildə keçirilən birgünlük antiterror əməliyyatı nəticəsində azad olunan ərazilərdə yerləşir.

Hazırda bu ərazilərdə heç bir aqrar infrastruktur mövcud deyil. Bu səbəbdən Kənd Təsərrüfatı Nazirliyi beynəlxalq təcrübələri nəzərə alaraq, Azərbaycanın digər bölgələrində yaşanan aqrar çətinlikləri nəzərə araşdıraraq, azad olunmuş ərazilərdə sıfırdan, tamamilə yeni yanaşma ilə aqrar sistemin qurulmasına başlanılıb.

Nazir bildirib ki, yaxın bir il ərzində artıq köçürülmüş kəndlərdə torpaq parselləmə və infrastrukturun qurulması işləri sürətləndiriləcək. Ortamüddətli planlara əsasən, 2026-cı ilin sonunadək 44 kənddə torpaqların əkin üçün hazırlanması, su və drenaj infrastrukturunun yaradılması nəzərdə tutulub.

Uzunmüddətli planlar isə daha geniş miqyasda suvarma sistemlərinin qurulmasını və bu sistemlərin idarəedilməsi imkanlarının yaradılmasını əhatə edir. Eyni zamanda, mümkün olan bölgələrdə suvarma şəbəkələrinin çəkilməsi də planlaşdırılır.

Həmçinin Məcnun Məmmədov qeyd edib ki, azad olunmuş ərazilərin bir neçə hissəsində yeni tipli aqroparkların, xüsusilə də istixana yönümlü aqroparkların yaradılması nəzərdə tutulur. Bu layihələr Azərbaycanın aqrar sektoru üçün müəyyən qədər yenilik olacaq və həmin sahələr sistemli şəkildə istixana fəaliyyəti ilə məşğul olmaq istəyən investor və fermerlərə təqdim ediləcək.

Seçilən
0
teleqraf.com

1Mənbələr