AZ

Rusiya və Çin digər ölkələrin aktivlərinin ələ keçirilməsini pisləyir

Rusiya və Çin xarici dövlətlərin aktivlərinə və əmlaklarına həbs qoyulmasını pisləyir.

Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Qeyd edək ki, İkinci Dünya müharibəsində Sovet İttifaqının Qələbəsinin, Çin xalqının Yaponiyaya qarşı Müqavimət Müharibəsində Qələbəsinin 80 illiyi münasibətilə yeni dövrdə hərtərəfli tərəfdaşlıq, Rusiya və Çinin strateji qarşılıqlı münasibətlərin daha da dərinləşdirilməsinə dair birgə bəyanatı Kremlin saytında dərc olunub.

“Tərəflər xarici dövlətlərin aktivlərinə və əmlakına həbs qoyulması təşəbbüslərini pisləyir və belə dövlətlərə beynəlxalq hüquq normalarına uyğun olaraq cavab tədbirləri tətbiq etmək hüququnu xatırladır”, - deyə məlumatda bildirilir.

Seçilən
0
publika.az

1Mənbələr